27 oktyabr 2026 13:56
147

Niderland 2027-ci ildə "Avroviziya" mahnı müsabiqəsində iştirakdan imtina edib

Niderland yayım təşkilatları arasında kifayət qədər dəstək olmaması səbəbindən 2027-ci ildə "Avroviziya" mahnı müsabiqəsində iştirak etməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Niderland İctimai Yayım Korporasiyasının (NPO) bəyanatında bildirilir.

Bu qərar Yayım Təşkilatları Şurası ilə məsləhətləşmələrdən sonra qəbul olunub. NPO-nun kommunikasiya direktoru Yurre Bosmanın izah etdiyi kimi, İsrailin müsabiqədə iştirakı cəmiyyətdə, o cümlədən yayımçılar və onların əməkdaşları arasında "mübahisə və fikir ayrılıqlarına" səbəb olur. "Biz ifaçı və ya ifaçıları, eləcə də əməkdaşları müsabiqəyə yalnız bir və ya bir neçə yayım təşkilatının tam dəstəyinə arxalana bildikləri təqdirdə göndərmək istəyirik", — deyə o vurğulayıb.

NPO rəhbərliyi həmçinin qeyd edib ki, ilk mərhələdə yayımçılarla aparılan danışıqlar ölkənin müsabiqəyə qayıtması üçün kifayət qədər dəstəyin olduğunu göstərirdi. Lakin iştirakın təşkili üçün uyğun format tapmaq mümkün olmadığından, korporasiya 2027-ci ildə qayıdışı vaxtından əvvəl hesab edib.