Azərbaycan-Ermənistan münasibətləri haqqında danışanda səmimi olmalıyıq. Müəyyən çox acı xatirələr var ki, biz gözümüzü bağlayıb o xatirələri Azərbaycan xalqının yaddaşından silə bilmərik. Bu da bizim tariximizin və mədəniyyətimizin bir hissəsinə çevrilir.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
Prezidentin köməkçisi Azərbaycanın revanş almaq niyyətində olmadığını, lakin əbədi sülhün bərqərar olunması istiqamətində hələ də görüləsi çoxlu tədbirlərin və təşəbbüslərin olduğunu vurğulayıb.
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya
Niderlandın xarici işlər nazirinə Cənubi Qafqazda baş verən proseslər barədə məlumat verilib
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB/FOTO
Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq