Biz süni intellekt konsepsiyasının inkişafına böyük önəm veririk. Onun milli infrastrukturunu qurur, müxtəlif ölkələr və tərəfdaşlarla sıx əməkdaşlıq edirik.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycanın geosiyasi və coğrafi baxımdan əlverişli mövqedə yerləşdiyini qeyd edən Prezidentin köməkçisi deyib: “Ölkəmizin strateji üstünlüklərindən biri də elektrik enerjisi potensialının yüksək olmasıdır. Bu da süni intellektin inkişafı üçün əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycan süni intellekt sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hər zaman açıqdır”.
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya
Niderlandın xarici işlər nazirinə Cənubi Qafqazda baş verən proseslər barədə məlumat verilib
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB/FOTO
Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq