23 oktyabr 2026 21:00
142

Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib

 

Bu gün kişi voleybolçular arasında Super Liqanın 2026–2027-ci illər mövsümünə start verilib.

GİN-in Voleybol Mərkəzində keçirilən I turun ilk qarşılaşmasında “AZERRAIL” komandası “Gənclər” klubunu 3:0 hesabı ilə məğlub edib. Günün digəroyununda isə “ORDU” komandası “Murov Az Terminal” üzərində eyni hesabla qələbə qazanıb.

I turun növbəti görüşündə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Qarşılaşma oktyabrın 24-də saat 17:00-da FHN-in idman zalında keçiriləcək.

Qeyd edək ki, kişi voleybolçuların Super Liqasında altıkomanda — “Xilasedici”, “ORDU”, “Neftçi”, “Murov Az Terminal”, “AZERRAIL” və “Gənclər” iştirak edirlər. Yarışlardairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkilolunacaq.

İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsindəqərarlaşacaq komandalar pley-off mərhələsində iştirakhüququ qazanacaqlar.

Super Liqa (kişilər) 

Oyunların nəticəsi

I tur

23 oktyabr

“AZERRAIL” - “Gənclər” 3:0 (25:17, 25:11, 25:16)

“ORDU” - “Murov Az Terminal” 3:0 (25:20, 25:14, 25:20)