ABŞ hökuməti İranla danışıqlarda birtərəfli tələblərindən əl çəkmir.
“İki sahil” "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai Almaniyanın ARD telekanalına açıqlayıb.
"Biz danışıqlar masasını heç vaxt tərk etməmişik. Eyni zamanda, torpaqlarımızı müdafiə etməyə tam hazır olmuşuq. Mesajlar vasitəçilər vasitəsilə ötürülməkdədir. Amma problem ondadır ki, görünür, Amerika öz birtərəfli tələblərində israr və təkid edir", - Bəqai bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrail İrana qarşı öz təcavüzkar davranışlarını davam etdirmək üçün hələ də bütün regiondan sui-istifadə edir.
İran XİN sözçüsü vurğulayıb ki, Tehran ərazi bütövlüyü, milli təhlükəsizlik və xalqı qorumaq üçün lazımi tədbirlər görür.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma bağlamaq və İslam Respublikasına qarşı hərbi əməliyyatları davam etdirmək arasında seçim etməli olduğunu bildirib.
Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, iki nəfər yaralanıb
Britaniya müdafiə xərclərinə əlavə milyardlarla funt sterlinq yönəltməyi planlaşdırır