Böyük Britaniya hökuməti ümumi daxili məhsulda (ÜDM) müdafiə xərclərinin payını artırmaq və bu məqsədlə əlavə milyardlarla funt sterlinq vəsait ayırmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, “The Sunday Times” qəzetinin yazdığına görə, ölkənin maliyyə naziri Con Hilinin oktyabrın 28-də 2027-ci ilin büdcə layihəsini təqdim edərkən bu barədə açıqlama verəcəyi gözlənilir.
Nəşr bildirir ki, əlavə vəsaitlərin əsasən pilotsuz uçuş aparatları istehsal edən şirkətlərə və hərbi texnologiyaların hazırlanması ilə məşğul olan müəssisələrə ayrılması nəzərdə tutulur.
Gözlənilir ki, yeni xərclər digər sahələrə ayrılan vəsaitlərin azaldılması hesabına deyil, uzunmüddətli dövlət borclanmaları vasitəsilə maliyyələşdiriləcək.
Qəzetin məlumatına görə, bu addım Böyük Britaniyanın ÜDM-də müdafiə xərclərinin xüsusi çəkisinin yüksəlməsinə səbəb olacaq.
Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, iki nəfər yaralanıb