ABŞ İranın nüvə potensialına malik olması və Hörmüz boğazına nəzarət etməsini istəmir.
“İki sahil” xəbər verir ki, bunu İran parlamentin sözçüsü Abbas Qudərzi ISNA-ya müsahibəsində deyib.
"Amerika istəyir ki, İran nüvə potensialına malik olmasın və özünü mövcud təzyiqlərdən xilas etmək üçün Hörmüz boğazını da əldən versin", - o bildirib.
Qudərzinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın son açıqlamalarının əsas hissəsi təhdid, xalq arasında qorxu yaratmaq və ölkə rəsmilərinin hesablama sistemini pozmaq məqsədi daşıyır:
"İran İslam Respublikası özünün yeddi şərtini elan edib və bu şərtlər yerinə yetirilməyənə qədər danışıqlar mənasız olacaq".
Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, iki nəfər yaralanıb
Britaniya müdafiə xərclərinə əlavə milyardlarla funt sterlinq yönəltməyi planlaşdırır