Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Qaz İstismar Sahəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, eləcə də Uşaq-Gənclər İdman-Şahmat Məktəbi ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaqlar keçirilib.
“İki sahil” xəbər verir ki, yığıncaqlarda qurultay nümayəndələri – YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, ərazi partiya təşkilatının sədri Nailə Məmmədova və rayon təşkilatının məsul işçisi Sərdar Xıdırov iştirak ediblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı partiyanın gələcək fəaliyyət prioritetlərini və Azərbaycanın strateji inkişaf xəttini müəyyənləşdirən yol xəritəsidir. Partiya üzvlərinin fəallığının və təşəbbüskarlığının qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında mühüm rol oynadığı bildirilib.