Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının yekunlarının və qarşıdakı dövr üçün müəyyən edilmiş strateji hədəflərin müzakirəsi istiqamətində YAP Ağdaş rayon təşkilatının keçirdiyi görüşlər davam edir. Bu çərçivədə növbəti görüşlər Qaradeyn kənd ərazi partiya təşkilatında, eləcə də Kükəl, Qarağan Şıxlar və Qəsil kənd ərazi partiya təşkilatlarında təşkil olunub. Görüşlərdə Qaradeyn, Eymur, Kükəl, Ərəb, Qarağan Şıxlar və Qəsil kəndlərini təmsil edən partiya fəalları iştirak ediblər.
“İki sahil” xəbər verir ki, görüşlər Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Ağdaş rayon təşkilatının əməkdaşları Anar Şahmuradov, Emil Əzizov, Elnur İmranlı və Rəbbim Lətifov çıxışlarında partiyanın Sədri, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər, qarşıya qoyduğu vəzifələr və müəyyənləşdirdiyi strateji hədəflər barədə məlumat veriblər. Natiqlər qurultayda diqqətə çatdırılan əsas məsələlərə toxunaraq partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının, yeni yanaşmalar əsasında inkişaf etdirilməsinin və ideoloji işin daha səmərəli təşkilinin vacibliyini vurğulayıblar. Eyni zamanda, yerli partiya təşkilatlarının fəaliyyətində müasir çağırışlara uyğun yanaşmaların tətbiqinin, fəallığın və məsuliyyətin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Bildirilib ki, Zəfər nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın davamlı inkişafının təmin olunması milli birlik və həmrəyliyin gücləndirilməsini, sağlam ideoloji mühitin yaradılmasını və qorunmasını, eləcə də dövlətçilik prinsiplərinin cəmiyyət arasında daha geniş təbliğini əsas prioritetlər sırasına çıxarır. Bu baxımdan, ideoloji işin köhnəlmiş üsullardan uzaq, müasir dövrün tələblərinə uyğun qurulması və milli-mənəvi dəyərlərin təbliği xüsusi əhəmiyyət daşıyır.
Görüşlərdə çıxış edən partiya fəalları Ramil Musayev, Fərhad Vəliyev, Eldəniz Hüseynov, İsa Seyidov, Pənah Əhmədov, Səadət İbrahimova, Aygün Xəlilova, Şəhanə Lətifova, İlhamə Əhmədova və qurultay nümayəndəsi Aysu Rəhimova VIII Qurultayın siyasi əhəmiyyəti və nəticələri barədə fikirlərini bölüşüblər. Çıxış edənlər Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursuna dəstək ifadə edərək, YAP-ın müasir ideoloji prinsiplərinin Ağdaş rayonunda təşviqi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin təbliği istiqamətində fəaliyyətlərini bundan sonra da ardıcıl şəkildə davam etdirəcəklərini bildiriblər.
BDU-nun 78 tələbəsi Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramına cəlb olunub
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qax şəhərində vətəndaşları qəbul edib
Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim
Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub