Xalq rəssamı Fərhad Xəlilov "İstiqlal" ordeninin şəklini hazırlayarkən nə vaxtsa bu ordenlə təltif olunacağını düşünmədiyini bildirib.
“İki sahil” xəbər verir ki, o, bunu Prezident İlham Əliyevin ona "İstiqlal" ordenini təqdim edərkən deyib.
"Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam.", – Fərhad Xəlilov vurğulayıb.
Prezident İlham Əliyev isə cavabında bildirib: "Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz".
BDU-nun 78 tələbəsi Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramına cəlb olunub
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qax şəhərində vətəndaşları qəbul edib
Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub