Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Milli Müdafiə Universitetinin "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, görüşdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Azərbaycanın xarici siyasət prioritetləri" mövzusunda çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Daha sonra kurs iştirakçılarına XİN-in iş prosesi barədə məlumat verilib.
Kursda Müdafiə Nazirliyi və digər dövlət qurumlarından, eləcə də Türkiyə, Pakistan və Qazaxıstandan ümumilikdə 29 nəfər nümayəndə iştirak edir.