22 oktyabr 2026 12:07
120

Polşa Ukraynanı Lvov vilayət şurasınınqərarını ləğv etməyə çağırıb

Ukrayna Lvov vilayət şurasının 2027-ci ili UPA-ya (Ukrayna Qiyamçı Ordusu) həsr olunmuş il elan edilməsi barədə qərarını ləğv etmək üçün mümkün olan hər şeyi etməlidir.

“İki sahil” xəbər verir ki, bu barədə Polşanın Xüsusi Xidmət İşləri üzrə Nazirlər Şurasının üzvü – nazir Tomaş Semonyak "Polsat" telekanalına müsahibəsində bildirib.

"Ukrayna tərəfi bu qərarın ləğvi üçün hər şeyi etməlidir", — deyə o vurğulayıb.

Nazirin fikrincə, "bu, hərbi hissələrdən birinə 'UPA qəhrəmanları' adının verilməsi haqqında qərardan da pisdir.

Semonyak Lvov vilayət şurasının qərarını "qəbuledilməz" və "fəlakətli" adlandıraraq əlavə edib ki, bu addım Polşanın Ukraynaya verdiyi dəstəyi sarsıdır.