21 oktyabr 2026 14:56
110

“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

“İki sahil” xəbər verir ki, faktla bağlı Naxçıvan Muxtar Respublika Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə Cavid Ağaməlıyev barəsində cinayət işi başlanılıb. O, dövlət əmlakının mənimsənilməsində şübhəli bilinir.

Məlumatı Naxçıvan Muxtar Respublikası Prokrorluğu təsdiqləyib. (AZƏRTAC)