14 oktyabr 2026 22:37
111

Britaniya Ukraynaya öz istehsalı olan HHM sistemlərinin tədarükünü sürətləndirəcək

Böyük Britaniya Ukraynaya öz istehsalı olan hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünü sürətləndirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Endi Börnhem Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə çıxış edərkən bildirib.

"Ukraynaya Britaniya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirildiyini elan edirəm", - Börnhem deyib.