Türkiyənin İstanbul şəhərində yağan güclü leysan yağışı şəhər həyatına ciddi təsir göstərib. Şəhərin bir sıra ərazilərində yolları, metro stansiyalarını və yeraltı keçidləri su basıb.
“İki sahil” xəbər verir ki, yağış sularının küçə və prospektlərdə toplanması avtomobillərin hərəkətində çətinliklər yaradıb. Bir sıra avtobuslar su basmış yollarda hərəkətsiz qalıb, bəzi avtobusların salonlarına isə su dolub.
Güclü yağıntılar idman yarışlarına da təsirsiz ötüşməyib. Türkiyə 1-ci Liqasının 10-cu turu çərçivəsində keçirilən Ümraniyespor – Boluspor qarşılaşması intensiv yağış səbəbindən yarımçıq dayandırılıb.
İstanbul Valiliyinin açıqlamasına əsasən, əlverişsiz hava şəraiti ilə əlaqədar şəhərdə təhsil prosesinə bir günlük fasilə verilib. Yağıntı səbəbindən bəzi hava limanlarında, xüsusilə təyyarələrin şəhərə enişində çətinliklər meydana gəlib.
Yağışın yaratdığı fəsadlarla bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.
Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb
Britaniya Ukraynaya öz istehsalı olan HHM sistemlərinin tədarükünü sürətləndirəcək