10 oktyabr 2026 12:06
101

Çilidə sərnişin təyyarəsi həyəcan siqnalı ötürüb

Çilinin Santyaqo aeroportundan havaya qalxmış sərnişin təyyarəsi fövqəladə vəziyyət siqnalı ötürüb.

“İki sahil” xəbər verir ki, bu barədə"Flightradar24" məlumat yayıb.

“JA850 saylı Santyaqo–Truxilyo reysini həyata keçirən və 7700 siqnalı ötürən təyyarə cənuba doğru istiqamətini dəyişir”, – deyə məlumatda bildirilib.

Təyyarə yerli vaxtla saat 22:11-də Santyaqodan havaya qalxıb. Uçuş cədvəlinə əsasən, təyyarə Truxilyo hava limanına enməli idi.

Qeyd edək ki, pilotların dispetçerlərə ötürdüyü 7700 kodu təyyarənin göyərtəsində təcili müdaxilə tələb edən fövqəladə vəziyyətin yarandığını bildirir.