Meksikanın Sinaloa ştatındakı "El-Kastilyo" həbsxanasında baş verən iğtişaş ölümlə nəticələnib.
“İki sahil” xəbər verir ki, məhbuslar arasında çıxan davada iki nəfər ölüb. Hadisə yerinə göndərilən xüsusi təhlükəsizlik qrupu vəziyyəti nəzarət altına alıb. Faktla bağlı araşdırma başlanılıb.
"El-Kastillo" həbsxanasında iki gün əvvəl də toqquşma baş verib. Nəticədə 10 nəfər ölüb. Onlardan biri məhbus yanına gələn ziyarətçi olub. 16 məhbus isə yaralanıb.
Həmin hadisədən sonra hakimiyyət orqanları həbsxanaya ziyarətləri müvəqqəti olaraq dayandırıb.
Tokayevdən yeni təyinat: Sayat İsanov Xüsusi Əməliyyat Qüvvələrinin komandanı oldu
Türkiyədə sosial şəbəkələrə yeni qadağa: Uşaqların yaşı e-Devletlə yoxlanılacaq