Sayat İsanov Qazaxıstan Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin edilib.
“İki sahil” "Akorda"ya istinadən xəbər verir ki, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
"Dövlət başçısının sərəncamı ilə İsanov Sayat Serikkazıyeviç Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayından 2026-cı il sentyabrın 27-nə qədər bu vəzifəni hazırda Qazaxıstanın müdafiə naziri olan Aydos Mırzaxmetov tutub.
Türkiyədə sosial şəbəkələrə yeni qadağa: Uşaqların yaşı e-Devletlə yoxlanılacaq