10 oktyabr 2026 08:29
100

Panamada güclü zəlzələ: ABŞ təcili yardım üçün hərəkətə keçdi

ABŞ güclü zəlzələdən zərər çəkən Panamaya yardım göstərmək üçün resurs və personal səfərbərliyinə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun yazılı bəyanatında bildirilib.

"Panamanın cənubunda baş verən zəlzələ ilə bağlı məlumatları diqqətlə izləyirəm. ABŞ Panama xalqına dəstək verir. Panama hökumətinin müraciəti əsasında Dövlət Departamenti yardım göstərmək üçün təcili qaydada resurs və personal səfərbər edir", – Rubio qeyd edib.