10 oktyabr 2026 08:22
100

Ac ayılar yaşayış məntəqələrinə yaxınlaşır: Rusiyada təhlükə

İlin əvvəlindən bəri Rusiyada təxminən 25 nəfər ayı hücumlarının qurbanı olub.

“İki sahil” TASS agentliyinə istinadla xəbər verir ki, Rusiyada ayı hücumları bu il daha çox Krasnoyarsk diyarında qeydə alınıb. Hesablamalarına görə, burada yeddi nəfər ayıların hədəfinə çevrilib.

Son illərdə Sibirdə və Uzaq Şərqdəki meşələrdə ayı populyasiyası xeyli artıb və bu il tayqada məhsuldarlıq zəif olub. Yem qıtlığı ac yırtıcıları insanların məskunlaşdığı ərazilərə daha tez-tez yaxınlaşmağa məcbur edir.