09 oktyabr 2026 22:35
103

İtaliyada nadir təbiət hadisəsi baş verib – Yaralılar var

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb.

“İki sahil” "Euronews"a istinadən xəbər verir ki, daha sonra tornado quruya doğru irəliləyib və binalara, avtomobillərə, kənd təsərrüfatı sahələrinə ziyan vurub.

Bir neçə nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Fövqəladə hallar xidmətləri təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.