Oktyabrın 9-dan etibarən “Gemini” sün intellekt çat-botunun pulsuz versiyasının istifadəçiləri üçün yalnız “Gemini 3.5 Flash-Lite” modeli əlçatan olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “9to5Google” nəşri məlumat yayıb.
Eyni zaamnda ayda 4,99 dollar ödəyən “Google AI Plus” abunəçiləri də “Gemini Pro” modelinə çıxış imkanını itirəcəklər. Lakin, ayda 19,99 dollar ödəyən AI Pro abunəçiləri əvvəllər daha bahalı tarif planında mövcud olan “Deep Think” (Dərin təhlil) funksiyasından istifadə edə biləcəklər.
“Google” oktyabr ayında, həmçinin tapşırıqların mürəkkəblik səviyyəsini müəyyən edən üç rejim — aşağı, orta və yüksək səviyyələrini tətbiq edəcək. Süni intellektin imkanları və istifadə limitlərinin sərfiyyatı seçilmiş səviyyədən asılı olacaq.
Trampın göstərişi ilə Rusiya dizelinin dünya bazarlarına satışına icazə verildi
Qətər və BƏƏ sahilləri yaxınlığında tankerlərə hücumlar barədə məlumat yayılıb