Milli Məclisin deputatı Səbinə Salmanova Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılovla birlikdə şəhərin 14-cü məhəlləsinin sakinləri ilə görüş keçirib.
150-dən çox sakinin iştirak etdiyi görüşdə müvafiq yerli qurumların rəhbər və nümayəndələri də iştirak ediblər.
“İki sahil” xəbər verir ki, görüşdə sakinlərin gündəlik həyat şəraiti ilə bağlı məsələlər dinlənilib, məhəllənin su təchizatı, kanalizasiya sistemi, dezinfeksiya işlərinin təşkili və digər kommunal problemlər müzakirə olunub. Qaldırılan məsələlərin həlli imkanları aidiyyəti qurumların nümayəndələri ilə birgə nəzərdən keçirilib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün məsul şəxslərə tapşırıqlar verilib.
Səbinə Salmanova bildirib ki, sakinlərlə birbaşa ünsiyyət problemlərin vaxtında müəyyənləşdirilməsi və onların həlli istiqamətində konkret addımların atılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, əsas məqsəd yalnız vətəndaşların müraciətlərini dinləməklə kifayətlənməmək, eyni zamanda qaldırılan məsələlərin həllini və verilən tapşırıqların icrasını diqqətdə saxlamaqdır.
Görüş zamanı, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, Azərbaycanın qazandığı uğurlar və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Deputat sakinlərin müraciətlərinə həssas yanaşılmasına və qaldırılan məsələlərin həlli istiqamətində göstərilən diqqətə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təşəkkürünü bildirib. O, həmçinin İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədova, İcra Hakimiyyətinin əməkdaşlarına, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılova və aidiyyəti qurumların nümayəndələrinə minnətdarlığını ifadə edib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinin dinlənilməsindən, mövcud problemlərin müzakirəsindən və onların həlli istiqamətində atılan addımlardan məmnunluqlarını bildiriblər.
Səbinə Salmanova qeyd edib ki, sakinlərin qayğılarının öyrənilməsi, müraciətlərinin diqqətdə saxlanılması və problemlərin həlli istiqamətində birgə fəaliyyət bundan sonra da davam etdiriləcək. Doğma Sumqayıtın inkişafı, şəhərdə abadlıq işlərinin genişləndirilməsi və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması əsas prioritetlərdəndir.
İİTKM-də “Təhlükəsizlik mədəniyyəti və risklərin idarə edilməsi” mövzusunda görüş keçirilib
Vəkillər Kollegiyasının sədri Türkiyədə Beynəlxalq Ədalət Sammitində çıxış edib
Ağdaşda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
YAP Bərdə rayon təşkilatı ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir