09 oktyabr 2026 11:48
164

YAP Bərdə rayon təşkilatı ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayının nəticələrinə və Qurultayda  Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirələr davam etdirilir.

"Heydər Əliyev prospekti -ASAN Xidmət Mərkəzi" ərazi partiya təşkilatında keçirilən müşavirədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirəni giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya  YAP-ın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında böyük əhəmiyyətə malik olduğunu, mühüm hadisəyə çevrildiyini bildirib, Qurultayda Müzəffər Lider, ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin parlaq nitqindən irəli gələn məsələlərdən və qarşıda duran vəzifələrdən danışıb, Faqət Şadlinskaya ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn ayrı- ayrı müddəaların gələcəyimiz üçün yeni ideya və prioritet istiqamətlər mənbəyinə çevrildiyini vurğulayıb. Və burada qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd edib.
 
Tədbirdə çıxış edən  "Bərdə ASAN Xidmət Mərkəzi" ərazi partiya təşkilatının sədri İlahə Quliyeva VIII Qurultayda ölkə Prezidentinin  nitqindəki bütün müddəaların ayrı- ayrı təhlil edilməsinin vacibliyini vurğulayıb,  Ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının zərurətdən yarandığı dövrün  xarakterizə edilməsinin və daim gənclərə çatdırılmasının əhəmiyyətini qeyd edib, Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizdə, həm də regionda artan rolundan danışıb.  

YAP- ın VIII Qurultayının nümayəndəsi, rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Kəmalə Rəfibəyli cənab Prezidentin parlaq nitqindən müxtəlif müddəaları təhlil edərək iştirakçıların diqqətinə çatdırıb.

Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.