2026-cı ilin 9 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 941 000-dən çox bilet əldə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.
Həmçinin bildiririk ki, ötən ilin yanvar-sentyabr aylarında onlayn satılmış biletlərin xüsusi çəkisi ümumi bilet satışının 28%-ni təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 42%-dir.
2025-ci ilin 9 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 36% idisə, cari ilin müvafiq dövründə bu göstərici 48%-ə yüksəlib. Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.
Qeyd edək ki, “biletim.az” portalında 61 məntəqəyə 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys olmaqla 426 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Kimya İnstitutunda azot əsaslı polimerlər və metal nanohissəciklərin qarşılıqlı təsiri araşdırılıb
U-15 dünya çempionatının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə tikinti işləri yekunlaşmaq üzrədir
120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib