05 oktyabr 2026 23:23
127

Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onmərtəbəli yaşayış binasında baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 143 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə və şaxtasında 15 p.m elektrik kabeli yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.