22 noyabr 2026 23:13
87

Qazaxda kişi Kür çayında batıb

Qazax sakini Kür çayında batıb.

Hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Birinci Şıxlı kənd sakini, 1963-cü il təvəllüdlü Y.Məmmədov Kür çayında batıb. Dərhal hadisə yerinə FHN Kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc-axtarış qrupu xilasediciləri cəlb edilib. Həmçinin əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Hazırda axtarışlar davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC