Azərbaycan cüdoçuları Bakıda keçiriləcək dünya çempionatında iki qızıl medal qazana bilərlər.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə sabiq cüdoçu Rüstəm Orucov açıqlama verib. Hazırda Avropa Cüdo Birliyinin idman komissiarı olan mütəxəssis Bakıda baş tutacaq yarışla bağlı fikirlərini bölüşüb: "Püşkatma Azərbaycan idmançıları üçün pis keçmədi. Yalnız komanda yarışında ikinci görüşdə Yaponiya seçməsi ilə üz-üzə gələ bilərik. Bütün cüdoçularımızdan medal gözləyirəm. Dünya çempionatında rekordu təkrarlaya və iki qızıl medal qazana bilərik".
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III mərhələsi keçirilib