03 oktyabr 2026 12:02
102

Rüfət Abbasov: Bizi olduqca çətin oyun gözləyir

Futbol üzrə Azərbaycan millisini çətin oyun gözləyir.

“İki sahil” xəbər verir ki, bu barədə komandanın üzvü Rüfət Abbasov mətbuat konfransında açıqlama verib. 21 yaşlı cinah müdafiəçisi Bakıda Litva yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu haqqında fikirlərini bölüşüb. "Bizi olduqca çətin oyun gözləyir. Yalnız qələbə haqqında düşünürük. Komanda olaraq yaxşı hazırlaşmışıq. Sabah mütləq qalib gəlməliyik".

Xatırladaq ki, D Liqasının 2-ci qrupunun Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.