Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək.
“İki sahil” xəbər verir ki, "Gəncə" "Ordu"nun qonağı olacaq. Bakı İdman Sarayındakı qarşılaşma saat 15:00-da start götürəcək.
Xatırladaq ki, daha əvvəl "Sabah" "LANDAU Lions"u (84:74), "Sumqayıt" NTD-ni (111:94) məğlub edib. "Naxçıvan" - "Neftçi" görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək