Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Riççone şəhərində keçirilən "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. İdmançılar sinxron və fərdi proqramlarda mükafatlara sahib çıxıblar. Sinxron proqramda 13–14 yaş kateqoriyasında Ömər Qasımlı və Muhamməd Həsənli 45,170 xalla qızıl medala layiq görülüblər. 15–16 yaş kateqoriyasında Ammar Baxşalıyev və Fərhad Mustafayev 45,390 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 17–21 yaş kateqoriyasında isə Hüseyn Abbasov və Maqsud Mahsudov 50,730 xalla qızıl medal qazanıblar. Fərdi proqramda Hüseyn Abbasov 57,950 xalla, Ammar Baxşalıyev 53,300 xalla qızıl medal əldə ediblər. Muhamməd Həsənli isə 49,290 xalla gümüş medalın sahibi olub.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək