ABŞ Rusiya ilə iqtisadi əlaqələri bərpa etməyə hazırdır, lakin yalnız Ukraynadakı münaqişə başa çatdıqdan sonra.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O əlavə edib ki, Moskva Vaşinqtona elə indinin özündə işləməyi təklif edir.
Dmitri Peskov mətbuat konfransı zamanı bildirib: "Təəssüflər olsun ki, amerikalılar aşkar faydaya baxmayaraq, bütün prosesi yenə də Ukraynanın tənzimlənməsi ilə əlaqələndirirlər. Yəni deyirlər ki, əvvəlcə tənzimlənmə, sonra isə layihələrin həyata keçirilməsi".
Peskov dəqiqləşdirib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Amerika tərəfi ilə iqtisadi problemləri müzakirə etməyə davam edir.
Prezidentin mətbuat katibinin sözlərinə görə, son bir ildə Ukrayna danışıqlara daha yaxın olmayıb, Avropa isə əvvəlki kimi dialoqun bərpasına mane olur.
Belarus NATO ilə hərbi əlaqə kanallarını bərpa etməyə hazır olduğunu bəyan edib