29 sentyabr 2026 18:48
193

Masallıda kənd yolları yenilənir

Masallı rayonunda 8 min nəfərin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 23 km uzunluğunda Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən davam etdirilir.

“İki sahil” xəbər verir ki, layihə çərçivəsində Allahyarlı (6,4 km) və Molalan (3,5 km) kəndlərinə gedən yolların yenidən qurulması yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib.

Yenilənən yollar yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini yaxşılaşdırır, əhalinin rahat və təhlükəsiz hərəkətinə şərait yaradır.

Layihə üzrə digər yol hissələrində isə yenidənqurma işləri davam etdirilir.