Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 29-u saat 9:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala, Kürdəmirdə 3, Daşkəsən, Gəncə, Ağstafa, Şəki, Şahdağ, Lənkəranda 2, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Astara, Sabirabad, Şəmkir, Qobustan, İsmayıllı, Qəbələ, Qusar, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınır.
ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anılıb - FOTO
Fövqəladə Hallar Nazirliyində çimərlik mövsümünün başa çatması ilə əlaqədar brifinq keçirilib