27 Sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Regional Qaz İstismar İdarəsinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.
“İki sahil” xəbər verir ki, ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.