Bakı Dövlət Universitetinin (BDU) kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
“İki sahil” xəbər verir ki, BDU-dan bildirilib ki, ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.