25 sentyabr 2026 22:48
130

Vüsal Nəsirli Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib

AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli sentyabrın 25-də Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib.

“İki sahil” xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub. 

Görüş zamanı vətəndaşların avtomobil yolları və yol infrastrukturu ilə bağlı müraciətləri və təklifləri aidiyyəti üzrə nəzərdən keçirilib.

Qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.