Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyintələblərinin təmin edilməsi ilə bağlı tədbirlərindavamı olaraq Bakı-Qusar, Bakı-Xudat, Sumqayıt-Sınıq Körpü və Lənkəran-Astara avtobus marşrutlarıüzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bakı–Qusar marşrutu üzrə hüquqi şəxs “AliosmanAğasoy” MMC;
Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;
Sumqayıt–Sınıq Körpü marşrutu üzrə fiziki şəxsYusibov Faiq Nəriman oğlu;
Lənkəran–Astara marşrutu üzrə hüquqi şəxs“Min.Avtotrans” MMC qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatıilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası(rayonlararası) və beynəlxalq marşrutlar üzrəsərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğuntəşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinəuyğun olaraq AYNA tərəfindən mərhələli qaydadamüsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşımasahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçininmarşrutların təhkim edilməsində şəffaflığın təminolunmasıdır.