Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın BP şirkəti arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" hesabındakı paylaşımında bildirib.
Bununla bağlı müzakirələr R. Nəcəfin BP-nin apstrim üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşündə aparılıb.
R. Nəcəf bildirib ki, "Azəri-Çıraq-Günışl" (AÇG) yataqlar blokunun dərin laylarında yerləşən sərbəst qaz ehtiyatlarının işlənilməsi, "Şahdəniz Kompressiya" layihəsi, "Qarabağ" yatağı, "Üstyurt" investisiya bloku, "Şəfəq" Günəş Elektrik Stansiyası və digər birgə layihələrimiz üzrə işlərin gedişatını nəzərdən keçirilib.
O qeyd edib ki, illər ərzində formalaşan qarşılıqlı etimad və birgə təcrübə tərəfdaşlığı yeni layihə və istiqamətlər üzrə genişləndirmək üçün möhkəm əsas yaradır: "Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsini artıran bu əməkdaşlığı daha da gücləndirmək və irəli aparmaq əsas prioritetlərimizdəndir".
SOCAR beynəlxalq fəaliyyətinin genişləndirilməsi üçün "Brookfield" ilə əməkdaşlıq edəcək
Elnur Bağırov: Azərbaycan əlverişli coğrafi mövqeyə, sənaye platformalarına və güclü regional əlaqəliliyə malikdir
Azərbaycan süni intellektin inkişafı və tətbiqi üçün zəruri infrastruktura malikdir
Azərbaycanın istehsal, investisiya, logistika üzrə regional platformaya çevrilməsini istəyirik
Mikayıl Cabbarov: 2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq