Suriya qarşıdakı dövrdə dünya ilə əlaqələrini bərpa etməli, yenidən inteqrasiya olunmalı, eyni zamanda, ölkənin yenidən qurulmasını təmin etməlidir.
“İki sahil” xəbər verir ki, bu sözləri Suriyanın İqtisadiyyat və Sənaye naziri Məhəmməd Nidal əl-Şaar İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusundakı panel müzakirəsində deyib.
Nazirin sözlərinə görə, hazırda qloballaşma əvvəlki formasından fərqlənir və süni intellekt dünyanı əhəmiyyətli şəkildə transformasiya edir.
“15 ildir əziyyət çəkən, məhdud maliyyə resurslarına malik kiçik ölkə kimi bu maneələrdən keçməliyik. Bizim üçün əsas çağırış ilk növbədə dünya ilə əlaqələri bərpa etməkdir. Yenidən əlaqə yaratmalı, yenidən əməkdaşlığa başlamalı və ölkəmizi yenidən qurmalı, bərpa etməliyik. Bu, asan məsələ deyil, çox böyük çağırışdır”, - deyə nazir bildirib.
Azərbaycanın istehsal, investisiya, logistika üzrə regional platformaya çevrilməsini istəyirik
Mikayıl Cabbarov: 2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb
Mikayıl Cabbarov: Azərbaycan maliyyə buferləri hesabına inkişaf kursunu qoruyub saxlayıb