25 sentyabr 2026 12:03
91

Prezident İlham Əliyev ad günü münasibətilə İrakli Kobaxidzeyə zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, həmçinin gürcü xalqına rifah arzulayıb.

Gürcüstanın Baş naziri göstərilən diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon danışığı zamanı ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq və mehriban qonşuluq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.