Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura bu gün start veriləcək.
“İki sahil” xəbər verir ki, turun ilk oyununda “Neftçi” səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq.
Hazırda turnir cədvəlində 12 xalla ikinci pillədə qərarlaşan “Neftçi”nin rəqibi 4 xalla səkkizinci sıradadır.
Qeyd edək ki, bu qarşılaşma “Neftçi”nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olacaq.
Günün ikinci matçında isə “Qarabağ” “Şəfa”nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 19:45-də başlayacaq.
Bir oyun az keçirən “Qarabağ” 10 xalla üçüncü, “Şəfa” isə 3 xalla 10-cu pillədə yer alır.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar