14 sentyabr 2026 18:07
95

Lyudek Miklosko vəfat edib

İngiltərənin "Vest Hem" klubunun və Çexiya millisinin sabiq qapıçısı Lyudek Miklosko 64 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, Çexoslovakiya və Çexiya millisinin sabiq üzvü xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, 2024-cü ildə müalicəsini dayandırdığını açıqlamışdı.

Miklosko 1990-cı ildə "Banık Ostrava"dan "Vest Hem"ə keçib. London klubunda 8 il çıxış edən qapıçı 373 oyuna çıxıb və ilk mövsümündə komandanın yüksək liqaya yüksəlməsinə kömək edib.

Miklosko 2001-ci ildə futbolçu karyerasını başa vurub. Daha sonra "Vest Hem"də qapıçılar üzrə məşqçi kimi çalışıb.

Miklosko beynəlxalq karyerasında Çexoslovakiya millisində 40, Çexiya yığmasında isə 2 oyun keçirib.