14 sentyabr 2026 11:39
77

Almaniya çoxdan Ukraynadakı münaqişənin tərəfinə çevrilib - AÇIQLAMA

Almaniyanın Saksoniya federal torpağının baş naziri Mixael Kreçmer (Xristian-Demokrat İttifaqı) Almaniyanın mahiyyət etibarilə Ukraynadakı münaqişənin tərəfinə çevrilməsini böyük səhv adlandırıb.

“İki sahil” xəbər verir ki, o, bunu  "Sächsische Zeitung" və "Leipziger Zeitung" qəzetlərinə müsahibəsində bildiri

"Bu, bizim müharibəmiz deyil. Biz həmişə demişik ki, müharibə aparan tərəf olmamalıyıq. Ancaq mən deyərdim ki, biz artıq çoxdandır ki, bu münaqişənin tərəfiyik", - deyə o, bildirib. Kreçmer əlavə edib: "Bu, böyük səhvdir".

Bununla yanaşı, siyasətçi Saksoniyada müdafiə müəssisələrinin yerləşdirilməsi planlarını müdafiə edib. Onun fikrincə, ən yaxşı müdafiə vasitəsilə effektiv çəkindirmədir.