14 sentyabr 2026 12:08
76

Çin ABŞ bazasına hücumdan əvvəl İrana peyk şəkilləri ötürüb?

Çin hakimiyyəti İordaniyadakı ABŞ bazasına raket zərbəsi endirilməzdən əvvəl Çin tərəfinin İrana peyk şəkilləri təqdim etməsi ilə bağlı ittihamları əsassız hesab edir.

“İki sahil” TASS-s istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qois Tzyakun bəyan edib.

O, brifinq zamanı yayılan məlumatları şərh edərkən vurğulayıb: "Biz heç bir sübutla təsdiqlənməyən əsassız şübhə və ittihamlara qəti şəkildə qarşı çıxırıq".

Rəsmi nümayəndə qeyd edib ki, məsuliyyətli böyük dövlət kimi ÇXR hər zaman öz beynəlxalq öhdəliklərini katı şəkildə yerinə yetirir.

Bundan əvvəl "Wall Street Journal" qəzeti Çin şirkətlərinin İordaniyadakı ABŞ bazasına iyul ayında endirilən raket zərbəsindən əvvəl İrana guya peyk şəkilləri təqdim etdiyini yazıb. Həmin hücum nəticəsində üç ABŞ hərbçisi həlak olub, dörd nəfər isə yaralanmışdı.