12 sentyabr 2026 12:27
83

Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub

16 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində çıxışını başa vurub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasından (ABF) bildirilib ki, millimiz qrup mərhələsində keçirdiyi üç oyunun hamısında qələbə qazanaraq finala yüksəlib. “Konya Diltaş Basketbol” komandası ilə həlledici qarşılaşmada 21:47 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkar mübarizə ilə oyuna qayıdan basketbolçularımız fərqi minimuma endirib və sonadək nəticə uğrunda mübarizə aparıb. Hesabı bərabərləşdirmək və önə keçmək imkanları qazanan millimiz sonda 69:73 hesabı ilə məğlub olaraq turniri ikinci pillədə tamamlayıb.