12 sentyabr 2026 08:22
90

ABŞ Rusiyanı G20 enerji nazirlərinin görüşünə dəvət edib

ABŞ Rusiyanı gələn həftə Texas ştatının Hyuston şəhərində keçiriləcək G20 enerji nazirlərinin görüşündə iştirak etməyə dəvət edib.

“İki sahil” xəbər verir ki, bunu Ağ Evin sözçüsü “Reuters” agentliyinə açıqlamasında təsdiqləyib. Məlumata görə, G20 enerji nazirlərinin görüşü sentyabrın 14-16-da Hyustonda keçiriləcək. Rusiya nümayəndəsinin də tədbirdə iştirak edəcəyi bildirilir.