12 sentyabr 2026 08:34
103

Danışıqların növbəti raundunun oktyabrda Romada keçirilməsi nəzərdə tutulur

İsrail və Livan arasında gələn həftə Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin yüksəkvəzifəli rəsmisi “Axios”un müxbiri Barak Ravidə açıqlamasında bildirib. Onun sözlərinə görə, Roma görüşünün əvəzinə İsrail və Livanın səfirləri Vaşinqtonda ABŞ Dövlət Departamentində bir araya gələcəklər. Görüşdə son hadisələr və tərəflər arasında çərçivə sazişinin icrasının davam etdirilməsi müzakirə olunacaq. Rəsmi danışıqların növbəti raundunun oktyabrda Romada keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, yəhudi bayramları, gələn həftə Parisdə Livan ordusuna dəstək məqsədilə keçiriləcək konfrans və BMT Baş Assambleyasına hazırlıq tərəflərin əvvəlcədən planlaşdırılan tarixdə Romada toplaşmasına imkan verməyib.