Beynəlxalq Enerji Agentliyinin (BEA) qiymətləndirmələrinə görə, Hörmüz boğazından gəmiçiliyə qarşı davam edən məhdudiyyətlər səbəbindən qlobal neft tələbatı 2027-ci ildən tez normallaşmayacaq. Qeyd edək ki, bundan əvvəl BEA vəziyyətin 2026-cı ilin ikinci yarısında sabitləşəcəyini gözləyirdi.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qlobal neft tələbatı 2026-cı ilin yekununda sutkada 2,5 milyon barrel azalaraq 102,45 milyon barrel/gün səviyyəsinə enəcək. BEA avqust hesabatı ilə müqayisədə tələbat proqnozunu 940 min barrel/gün pisləşdirib. Buna səbəb kimi ABŞ və İran arasında danışıqlardakı vəziyyət göstərilir.
2027-ci ildə göstərici bərpa olunaraq 105,01 milyon barrel/gün təşkil edəcək və bu, əvvəlki ilin itkilərini kompensasiya edəcək.
2026-cı ildə ümumi neft tədarükü həcmi sutkada 5,7 milyon barrel azalaraq 100,7 milyon barrel/günə düşəcək. Fars körfəzində neft hasilatının gözlənilən bərpası 2027-ci ilə təxirə salınıb. Həmin ildə göstərici sutkada 8 milyon barrel artaraq orta hesabla 108,74 milyon barrel/gün təşkil edəcək.
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır