12 sentyabr 2026 15:43
81

Nazir: Kəlbəcər ölkəmizdə ən çox arı ailəsi olan rayondur

Bal festivalının keçirilməsində məqsəd Kəlbəcər balının ümumilikdə ölkəmizdə hazırlanan balların tanıdılmasıdır.

“İki sahil” xəbər verir ki, bu fikri kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. O qeyd edib ki, Kəlbəcər ölkəmizdə ən çox arı ailəsi olan rayondur. Keçən ilə nisbətən builki festivalda arıçıların və stendlərin sayı artırılıb. “Kəlbəcərdə keçirilən II Bal festivalında bu il 40-a yaxın stend var. Həmçinin builki festivalda ziyarətçi sayının ötən ilə nisbətdə 2-3 dəfə artacağı da gözlənilir”, - deyə kənd təsərrüfatı naziri deyib.